Dünya

17 ildir dünyanın ən çox neft idxal edən ölkəsi

15 Yanvar 2020 08:48
0 Şərh     Baxış: 3 397
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin 17 ildir dünyanın ən çox xam neft idxal edən ölkəsidir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 2019-cu ildə Çinin neft idxalı əvvəlki ilə nisbətən 9,5 faiz artaraq 506 milyon ton olub. Bu, gündəlik 10 milyon 120 min barrel neft deməkdir. 2018-ci illə müqayisədə sutkalıq 882 min barrel artım olub. Ötən il ölkəyə ən çox neft Səudiyyə Ərəbistanı və Rusiyadan idxal edilib. Çinin neft idxalı 2003-cü ildən bəri rekord artım göstərir.

Çinin təbii qaz idxalı da artıb. 2019-cu ildə Çinin maye təbii qaz (LNG) idxalı 6,9 faiz artaraq 96,5 milyon tona çatıb. Lakin cari ildə ölkənin qaz idxalındakı artımın aşağı istiqamətə yönələcəyi gözlənilir. Çünki ölkədə kömürdən qaza keçid prosesində ləngimə var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.