Yeni Zelandiyanın Uayt-Aylend adasında vulkan püskürməsi nəticəsində 18 nəfər həlak olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkə polisinin rəsmi saytında yerləşdirilən bəyanatda deyilir.
Məlumatda bildirilir: "Polis Uat-Aylenddə vulkan püskürməsi nəticəsində aldığı xəsarətlərdən daha bir nəfərin xəstəxanada öldüyünü təsdiq edə bilər. Bu şəxsin ölümü həlak olanların rəsmi sayını 18 nəfərə çatdırıb".
Qeyd edək ki, Uayt-Aylend adasında vulkan püskürməsi dekabrın 9-u baş verib.
Milli.Az