Dünya

"İran bütün dünyanı aldatdı" - Netanyahu

12 Yanvar 2020 17:20
9 Şərh     Baxış: 2 299
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran yalan dedi. Gizli nüvə proqramı barədə necə yalan danışırlarsa, Ukrayna təyyarəsi haqqında da elə danışdılar.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib.

"Əvvəldən onlar bilirdilər ki, təyyarəni özləri vurub. Bilərəkdən vurulmadığını bilirdilər, amma yalan danışdılar. Onlar bütün dünyanı aldatdılar", - Netanyahu bildirib.

Qeyd edək ki, Ukraynaya məxsus sərnişin təyyarəsinin Tehran yaxınlığında 8 yanvarda raketlə vurulması nəticəsində 176 nəfər sərnişin və ekipaj üzvünün hamısı ölüb. İran Ukraynanın sərnişin təyyarəsini səhvən vurduğunu etiraf edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.