Dünya

Çin Tayvana xəbərdarlıq etdi

12 Yanvar 2020 09:33
0 Şərh     Baxış: 774
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çin Mərkəzi Hökuməti, Tayvan adasında son parlament seçkiləri ilə əlaqədar "Bir Çin" prinsipinin dəyişməzliyini xatırladıb və müvafiq qaydalara riayət etməyi tələb edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Çin XİN-nin rəsmi nümayəndəsi Gen Şuan dekabrın 12-də bəyan edib.

Bəyanatda deyilir: "Tayvanda vəziyyətin necə dəyişməsindən asılı olmayaraq dünyada tək bir Çin mövcud olmağa davam edəcək, Çin Xalq Respublikası hökuməti Tayvanın müstəqilliyini dəstəkləyən hərəkətlərə qarşı çıxaraq "bir Çin" prinsipinə qətiyyətlə sadiq qalacaq".

Diplomatın sözlərinə görə, əksər ölkələrin dəstəklədiyi Pekinin bu mövqeyi dəyişə bilməz. Gen Şuan yekun olaraq bildirib: "Ümid edirik və həmçinin əminik ki, beynəlxalq ictimaiyyət "bir Çin" prinsipinin tərəfdarı olmağa davam edəcək".

Dekabrın 11-i Çin ilə yaxınlaşmağa qarşı çıxan hakim Tayvan Demokratik Proqressiv Partiyası, adanın Qanunverici Yuan (parlament) seçkilərində qələbə qazanıb.

Tayvan 1949-cu ildən öz administrasiyası tərəfindən idarə olunur, lakin ÇXR-nın əksər ölkələr tərəfindən dəstəklənən rəsmi mövqeyinə görə Çin əyalətlərindən biri hesab olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory