General Qasım Süleymaniyə qarşı həyata keçirilən əməliyyat zamanı İran ABŞ-ın dörd səfirliyinə hücum planlaşdırırdı.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Fox News" telekanalına müsahibəsi zamanı ABŞ prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, İran genişmiqyaslı hücumlar planlaşdırırdı: "Açıqlaya bilərəm ki, mənim fikirimcə, ehtimallara görə, söhbət 4 səfirlikdən gedirdi".
Söhbətin hansı səfirliklərdən getdiyi barədə suala cavabında D.Tramp bildirib: "Biz sizə deyə bilərik ki, ehtimallara görə, bu, Bağdaddakı səfirlik olacaqdı".
ABŞ prezidenti digər səfirliklər barədə məlumat verməyib.
Milli.Az