Dünya

Avstraliyada yanğınlar səbəbindən bir neçə səfirlik bağlanıb

10 Yanvar 2020 21:11
0 Şərh     Baxış: 814
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstraliyada güclü təbiət yanğınları, isti və küləkli hava şəraiti ilə əlaqədar ərazinin tüstüyə bürünməsi paytaxt Kanberrada bir neçə səfirliyin bağlanmasına səbəb olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Estoniyanın diplomatik missiyasının rəhbəri Kersti Eesmaa səfirliyin Sidneyə keçirilməsi faktını təsdiqləyib. Eyni zamanda, Macarıstan, İrlandiya və İtaliya səfirliklərinin də bağlandığı bildirilir.

Avstraliyada tüğyan edən təbiət yanğınları nəticəsində artıq milyonlarla hektar ərazi yanıb. Alov son aylar 17 nəfərin həyatına son qoyub, minlərlə evi məhv edib.

Sidney Universitetinin hesablamalarına görə, təbii fəlakət nəticəsində 1 milyarddan çox heyvan tələf olub. Bəzi ərazilərdə yanğınlar o qədər güclü, tüstü isə o qədər qatıdır ki, onları havadan söndürmək mümkün olmur. Hakimiyyət zərər çəkmiş rayonlara Hərbi Dəniz Qüvvələrinin gəmilərini və aviasiya göndərib. Yanğınlar səbəbindən ölkənin cənub-şərq sahillərində əhalinin miqyaslı təxliyəsi başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.