Dünya

Ermənistandan Ukraynaya böyük xəyanət

10 Yanvar 2020 18:15
0 Şərh     Baxış: 2 359
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin mart ayından Ukraynanın işğal edilmiş Krım (Simferopol) bölgəsi ilə İrəvan (Ermənistan) arasında müntəzəm təyyarə reyslərinin açılması planlaşdırılır.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə separatçı bölgənin "parlamentinin turizm, kurortlar və idman komitəsinin rəhbəri" Aleksey Çernyak bildirib.

Çernyak qeyd edib ki, bu ilin mart ayından etibarən Krım və Ermənistan arasında müntəzəm uçuşların həyata keçirilməsi planlaşdırılır:

"İkar Hava Yolları Rusiya Federal Hava Nəqliyyatı Agentliyindən müntəzəm uçuşlar üçün müvafiq icazə və təsdiq alıb. Uçuşlar mart ayından həftədə iki dəfə planlaşdırılır".

Onun sözlərinə görə, Simferopol və İrəvan arasındakı hava yolu Krımın Rusiyaya "birləşməsindən" sonra ilk müntəzəm beynəlxalq reys olacaq".

Separatçıların nümayəndəsi müntəzəm uçuşların açılmasının Krıma beynəlxalq uçuşların başlamasını və Simferopol hava limanının beynəlxalq statusunu daha da gücləndirəcəyini vurğulayıb.

Əlavə edək ki, bir müddət əvvəl Ukrayna Xarici İşlər Nazirliyi Ermənistan vətəndaşlarının və rəsmi nümayəndələrinin Rusiya tərəfindən işğal edilmiş Krım bölgəsinə qanunsuz səfəri ilə bağlı rəsmi İrəvana xəbərdarlıq edib. Buna başqa, XİN Ukrayna vətəndaşlarına müraciət edərək, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə getməməyə çağırmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.