Dünya

Parisdə polislə etirazçılar arasında toqquşmalar olub

9 Yanvar 2020 20:17
0 Şərh     Baxış: 925
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Parisdə polislə pensiya islahatlarına qarşı çıxan etirazçılar arasında toqquşmalar olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, toqquşmalar Montolon meydanında qeydə alınıb.

Etirazçılar radikal aksiyaçıları geri çəkməyə çalışan polis işçilərinə daş və şüşə ilə hücum ediblər. Buna cavab olaraq asayiş keşikçiləri gözyaşardıcı qazdan istifadə ediblər.

Etirazlarda asayişi təmin etmək üçün təxminən 5,5 min polis və jandarma iştirak edir. Polis prefekturasından verilən məlumata görə, bu saata qədər etiraz aksiyaları zamanı 9 nəfər saxlanılıb.

Fransada pensiya islahatlarına qarşı aksiyalar həmkarlar ittifaqlarının təşəbbüsü ilə dekabrın 5-dən bəri davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.