Dünya

ABŞ-da Milli Təhlükəsizlik Şurasının təcili iclası çağırıldı

8 Yanvar 2020 10:55
0 Şərh     Baxış: 1 441
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp təcili olaraq Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, iclas İranın ABŞ hərbi bazalarını vurması ilə bağlı keçirilib.

Fövqəladə toplantıya Trampın köməkçisi Mayk Pens, Xarici İşlər naziri Mayk Pompeo və Müdafiə naziri Mark Esper qatılıblar.

Adıçəkilən vəzifəli şəxslərin iclasa böyük sənədlərlə, qalın dosyelərlə qatıldığı bildirilir.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranın ABŞ əsgərlərinin İraq, Əsəd və Ərbil bazalarına yerləşdirdiyi 12-dən çox ballistik raket hücumu ilə bağlı ilk zərərin qiymətləndirilməyə çalışıldığını açıqlayıb.

Qeyd edək ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İraqdakı hərbi bazalarına raket hücumu edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.