Dünya

Avstraliyadakı yanğınlardan tüstü Çili və Argentinaya çatdı

7 Yanvar 2020 07:35
0 Şərh     Baxış: 891
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstraliyadakı bir sıra meşə yanğınlarından yaranan tüstü Cənubi Amerika sahillərinə çatdı və Çilinin əksər mərkəzi və cənubu üzərindən səmaları örtdü.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu haqda Çilinin "MeteoChile" Meteoroloji Xidmətindən bildirilib.

Avstraliyada milyonlarla hektar ərazi artıq yanmışdır, son aylarda yanğın 17 nəfərin ölümünə səbəb oldu, minlərlə evlər məhv olunub, bəzi məlumatlara görə, 8 min koala və yüz minlərlə digər heyvan öldü.

Avstraliyanın cənub-şərq sahillərində yanğınlar səbəbiylə geniş miqyaslı evakuasiya davam edir.

Çilinin meteoroloji ximdəti bildirib ki, hava axını ilə tüstü Çili və Argentinaya qədər çatıb.

Çilinin demək olar ki, bütün cənub və mərkəzi şəhərlərində dumanı görmək olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.