Dünya

Türkiyədə PKK terrorçuları saxlanılıb

6 Yanvar 2020 22:30
0 Şərh     Baxış: 800
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Ədirnə vilayətində 3 PKK terrorçusu həbs edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, daha əvvəl Türkiyə sərhəd bölmələri ölkə sərhədini qanunsuz keçmək istəyən üç nəfəri saxlayıb.

Yunanıstana qaçmağa çalışan şübhəli şəxslərin PKK terror təşkilatının üzvləri olduğu məlum olub.

Xatırladaq ki, Türkiyə ilə müstəqil Kürd dövlətinin yaradılmasını tələb edən PKK arasındakı münaqişə 35 ildən çox davam edir və 40 mindən çox insanın həyatına son qoyub. PKK, BMT və Avropa Birliyi tərəfindən terror təşkilatı kimi tanınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.