Dünya

Rusiyada 30-a yaxın avtomobil buzda batdı - VİDEO

5 Yanvar 2020 16:31
0 Şərh     Baxış: 2 383
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Vladivostokdakı Voevoda körfəzində onlarla avtomobil buzda batıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "PrimaMedia" məlumat verib. Hadisə yerindən video "YouTube"da yayımlanıb.

Kadrlarda insanların qar altında qaldığı, maşınların isə buzda batdığı görüntülənib.

"Dəqiq bilmirəm, ancaq 30-a yaxın maşındır. Tələsin! Artıq kimsə tələsməyə ehtiyac duymaz", - video müəllifi qeyd edib.

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Primorski Baş İdarəsindən buzda batan maşınlarla bağlı 45 dəfə məlumat daxil olduğu bildirilib. Bəzi avtomobillər qismən yararsız vəziyyətə düşüb. Xəsarət alan olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.