Dünya

Niderland turistlər üçün yeni vergi tətbiq edib

4 Yanvar 2020 15:52
0 Şərh     Baxış: 1 271
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amsterdam ilin əvvəlindən yeni turist vergisinin tətbiqinə başlayıb.

Yeni qaydaya görə, Niderland paytaxtına gələn qonaqlar burada hər gecə üçün əlavə 3 avro ödəyəcəklər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla hökumət ölkədə turist axınını tənzimləməyə çalışır. Belə ki, 1,1 milyon əhalisi olan Amsterdamı ildə təxminən 17 milyon insan ziyarət edir. Bu səbəbdən Niderland hakimiyyəti artıq daha çox turist cəlb etmək strategiyasından imtina edib.

2019-cu ildə Amsterdam dünyanın ən çox ziyarət edilən paytaxtlarının sırasında ilk üçlükdə yer alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.