Dünya

Qətər naziri Tehrana gedir

4 Yanvar 2020 15:41
0 Şərh     Baxış: 1 021
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qətərin xarici işlər naziri Əmiri Məhəmməd Bin Əbdürrəhman Bin Casim Al Sani bu gün Tehrana səfər edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Abbas Musəvi öz Twitter səhifəsində yazıb.

A.Musəvinin sözlərinə görə, Qətər Əmiri İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə danışıqlar aparacaq.

Qeyd edək ki, yanvarın 3-də Bağdad aeroportu yaxınlığında ABŞ helikopterlərinin hücumu nəticəsində İran İslam İnqilabı Keşikçilər Korpusu SEPAH-ın Qüds qüvvələri komandanı Qasim Süleymani həlak olması bölgədə vəziyyəti ağırlaşdırıb. Qətər Əmirinin İrana səfərinin vəziyyətin stabilləşdirilməsi ilə əlaqədar olduğu ehtimal edilir.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.