Dünya

Tramp dördüncü kvartalda seçicilərdən 46 milyon dollar ianə toplayıb

3 Yanvar 2020 20:44
0 Şərh     Baxış: 1 259
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ prezidentliyinə namizədlər 2019-cu ilin dördüncü kvartalında seçicilərdən topladıqları ianənin məbləğini açıqlayıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ötən ilin son üç ayında 46 milyon dollar toplayan hazırkı Prezident Donald Tramp liderlik edir. Demokratlar arasında 34,5 milyon dollarla Berni Sanders irəlidədir. Sorğuların favoriti Co Bayden isə Trampdan iki dəfə az ianə yığa bilib.

Donald Tramp yenidən seçilmək üçün ümumilikdə 143 milyon dollar yığıb ki, onun da 102 milyonu hələ xərclənməmiş qalır. Son üç ayın yığımı seçkiqabağı kampaniyada demokratların onun barəsində Nümayəndələr Palatasında başladıqları impiçment fonunda rekord məbləğdir.

ABŞ-da prezident seçkilərində praymeriz fevralda başlayacaq. Yayda Respublikaçılar və Demokratlar partiyaları prezident postuna öz namizədini irəli sürəcəklər. Seçkilər isə noyabrın 3-də keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.