Dünya

Qonaq getdiyi evdə şalvarını çıxardan kişi döyüldü - FOTO

3 Yanvar 2020 11:09
2 Şərh     Baxış: 3 980
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qohumlarıgilə qonaq gedən kişi vəhşicəsinə döyülüb.

Milli.Az nypost-a istinadla xəbər verir ki, Yeni ili təbrik etmək bəhanəsi ilə qohumlarının evinə gedən 60 yaşlı kişi üzü-gözü şişənə qədər döyülüb.

ABŞ-ın Virciniya ştatında yaşayan 60 yaşlı Mark Stanley qonaq getdiyi evin yataq otağında qurşaqdan aşağı çılpaq halda tutulub.

Qohumunu 2 və 3 yaşlı uşaqlarının yanında çılpaq vəziyyətdə görən kişi əsəblərinə hakim ola bilməyib və Markı vəhşicəsinə döyüb.

Mark hadisə yerinə gələn polislər tərəfindən saxlanılıb. O, azyaşlılara təcavüz etdiyinə görə həbsxanaya göndərilib.

Uşaqların atası isə ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Azyaşlılar müayinə üçün xəstəxanaya aparılıb.

Məsələ ilə bağlı araşdırma aparılır.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.