Dünya

Əhmədinejaddan şok: Mehdi bu il zühur edəcək

2 Yanvar 2020 23:33
4 Şərh     Baxış: 2 176
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il İsa Məsihin dəstək verdiyi İmam Mehdi gəlib insanlara kömək edəcək, ədalətsizliyi aradan qaldıracaq və arzularımızı reallaşdıracaq.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri İranın keçmiş prezidenti Mahmud Əhmədinejad deyib.

Keçmiş prezident insanları İsa peyğəmbərin təlimlərini yerinə yetirməyə çağırıb:

"Ümid edirəm ki, 2020-ci ildə İsa Məsihin təlimlərini yerinə yetirməyi öyrənəcəyik. İnşallah bu il İsa Məsihin dəstək verdiyi İmam Mehdi gəlib insanlara kömək edəcək, ədalətsizliyi aradan qaldıracaq və arzularımızı reallaşdıracaq. Allaha əmanət olun".

Mahmud Əhmədinejad prezident olarkən Yeni İllə bağlı sosial şəbəkədəki paylaşımları müzakirələrə yol açmışdı.

Keçmiş prezident paylaşımlarından birində ABŞ-a xitabən "İsa peyğəmbər sağ olsaydı, kobud qüvvələrin qarşısını alardı" qeydini yazmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.