Moqadişunun Aamin Təcili Tibbi Yardım Xidməti bildirir ki, şəhərin cənub-qərb hissəsindəki işlək yol kəsişməsində böyük maşın bombasının partlaması nəticəsində azı 76 nəfər ölüb, onlarla insan yaralanıb.
Ölənlərinin sayının artacağı gözlənilir və bəzi rəsmilər 90 nəfərin öldüyünü söyləyir.
Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, şahidlərin dediyinə görə, partlayış Moqadişuya daxil olan və tərk edən avtomobillərin istifadə etdiyi yol kəsişməsindəki nəxarət-buraxılış məntəqəsində baş verib. Polis zabiti bombanın yük maşınına yerləşdirildiyini bildirib.
İlkin məlumatlarda partlayıcılarla dolu bir maşının yol kəsişməsində avtomobillərin yol pulu ödəmək üçün dayandıqları vergi idarəsini hədəf aldığını bildirilmişdi.
Hadisə yerinə gedən bir şahid Amerikanın Səsinin Somali xidmətinə bildirib ki, o yerdə qan və bədən parçaları görüb.
"Dəqiq rəqəm demək çətindir, amma ölənlərin sayı çoxdur," o deyib.
Patlayışın məsuliyyətini hələ ki, üzərinə götürən olmayıb. Lakin, Əl-Qaidə ilə əlaqəsi olan Əl-Şəbab terror qrupu keçmişdə bənzər hücumlar həyata keçirib.
Milli.Az