Ukraynada 2019-cu ilin son günlərində fəaliyyətini dayandıracaq Baş Prokurorluğun əvəzinə 2020-ci il yanvarın 2-dən yeni hakimiyyət orqanı - Baş Prokurorun Ofisi işə başlayacaq.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna"ya qurumun başçısı Ruslan Ryaboşapka danışıb.
Ruslan Ryaboşapka
"Biz öz işimizi yanvarın 2-dən başlayırıq. Həmin andan Baş Prokurorluq institut kimi fəaliyyət göstərməyəcək", - Ryaboşapka bildirib. Onun sözlərinə görə, attestasiya və qurumun strukturunun yenilənməsindən sonra Baş Prokurorluğun 2,5 min əməkdaşından 1,5 minə yaxın insan qalacaq.
20 yanvar tarixindən isə vakant vəzifələrə əlavə seçim aparılacaq.
Milli.Az