Dünya

Şagird ona “2” yazan müəllimi çəkiclə vurdu - FOTO

25 Dekabr 2019 20:34
0 Şərh     Baxış: 1 614
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada şagird müəlliminə çəkiclə hücum edib.

Kirov rayonunun Yekaterinburq şəhərində yerləşən 24 saylı məktəbdə rus dili və ədəbiyyatı müəllimi Marina Zabolotnaya şagirdin hücumuna məruz qalıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, doqquzuncu sinifdə oxuyan oğlan küçədə müəllimini izləyib və ona yaxınlaşaraq başına çəkiclə zərbə vurub.

Qadın müəllim yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. M.Zabolotnaya müayinə edildikdən sonra evə buraxılıb, o, hadisə barədə şərh vermək istəməyib.

15 yaşlı şagird hazırda polis idarəsində dindirilir.

Məlumata görə, şagird ədəbiyyat dərsindən verilən şeiri öyrənə bilmədiyi üçün "2" qiyməti aldığına görə müəllimindən qisas alıb.

O, M.Zabolotnayanı evindən çıxarkən binanın qarşısında vurub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.