Dünya

Qadın polisin belini dişlədi

24 Dekabr 2019 12:30
0 Şərh     Baxış: 1 040
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Saxalin vilayətində qadın polisin belini dişləyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Solovyovka kəndində sərxoş qadın polisin belini dişləyib.

Belə ki, polis onun sərxoş halda idarə etdiyi avtomobili saxlayaraq sənədlərini istəyib.

27 yaşlı sürücü buna cavab olaraq hiddətlə sənədlərini yelləyib.

Polis onu qandallayacağı ilə hədələyəndə qadın onun belini dişləyib.

Hüquq-mühafizə orqanının əməkdaşına xəsarət yetirdiyinə görə ona 200 min rubl (5460 AZN) cərimədən beş ilə qədər həbs cəzası verilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.