Dünya

Samoada qızılca qurbanlarının sayı 79-a çatıb

22 Dekabr 2019 14:24
0 Şərh     Baxış: 798
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Samoada qızılca epidemiyası qurbanlarının sayı 79 nəfərə çatıb, xəstələnənlərin sayı 5500 nəfəri keçib.

Milli.Az Trend-ə istinadən bildirir ki, ötən həftə 72 ölüm və 5154 yoluxma hadisəsinin qeydə alınması bildirilirdi. Ölənlərin əksəriyyəti dörd yaşınadək uşaqlardır.

Təxminən 200 min insanın yaşadığı adada kütləvi peyvənd edilməsi kampaniyası başlandığı vaxtdan əhalinin 94% -i peyvənd edilib.

Epidemiyanın başlanğıcı yanlış qızılca peyvəndi alan iki körpənin ölümü ilə başlayıb. Məsul tibb bacıları həbs cəzaları alsalar da, peyvənd qorxusu sosial şəbəkələrdə yayılmağa başlayıb və peyvəndlərin kütləvi şəkildə rədd edilməsinə səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.