Koreya Respublikasının Kvancu şəhərində yerləşən motellərdən birində yanğın baş verib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 1 nəfər həlak olub, az 28 nəfər isə xəsarət alıb.
Bildirilir ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Məlumata əsasən, moteli yandırmaqda şübhəli bilinən 39 yaşlı şəxs polislər tərəfindən saxlanılıb.
Milli.Az