Dünya

Polislərin olduğu “VAZ” “Toyota” ilə toqquşdu: 5 ölü, 3 yaralı - FOTO

20 Dekabr 2019 10:05
0 Şərh     Baxış: 2 525
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Altay əyalətində iki minik avtomobilin iştirakı ilə ağır yol qəzası baş verib.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, insident bu gün yerli vaxtla 18.50 radələrində "A-322" avtomagistralının Uryupino və Krasnıy Yar kəndələri arasında qeydə alınıb.

Məlumata görə, salonda 5 polis əməkdaşının olduğu "VAZ 21074" markalı maşınla "Toyota"a markalı minik avtomobili toqquşub.

Nəticədə 4-ü polis olmaqla 5 nəfər hadisə yerində dünyasını dəyişib, daha 3 nəfər isə xəstəxanaya çatdırılıb.

Bildirilir ki, polis əməkdaşlarının hamısı xidməti geyimdə olub.

Hazırda hadisə yerinə polis, xilasetmə və səhiyyə briqadaları cəlb edilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.