Rusiyanın Altay əyalətində iki minik avtomobilin iştirakı ilə ağır yol qəzası baş verib.
Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, insident bu gün yerli vaxtla 18.50 radələrində "A-322" avtomagistralının Uryupino və Krasnıy Yar kəndələri arasında qeydə alınıb.
Məlumata görə, salonda 5 polis əməkdaşının olduğu "VAZ 21074" markalı maşınla "Toyota"a markalı minik avtomobili toqquşub.
Nəticədə 4-ü polis olmaqla 5 nəfər hadisə yerində dünyasını dəyişib, daha 3 nəfər isə xəstəxanaya çatdırılıb.
Bildirilir ki, polis əməkdaşlarının hamısı xidməti geyimdə olub.
Hazırda hadisə yerinə polis, xilasetmə və səhiyyə briqadaları cəlb edilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Milli.Az