Dünya

Qarşı zolağa keçən avtobus ağır qəza törətdi: Üç ölü, 16 yaralı - FOTO

17 Dekabr 2019 19:04
0 Şərh     Baxış: 1 319
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın Çerniqovşina ərazisində "İveco" markalı yük avtomobili ilə "Neoplan" avtobus toqquşub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qəza zamanı avtobusda olan sürücü və iki sərnişin ölüb.

Avtobusun sürücüsü ötmə əməliyyatı zamanı qarşı zolağa keçərək yük avtomobili ilə toqquşub.

Zərbənin təsirindən yük avtomobilində olan preslənmiş kağız rulonları yaxından keçən "Toyota Camry" avtomobilinə zərər yetirib.

Yük avtomobilinin serbiyalı sürücüsü, minik avtomobilindəki sərnişin, avtobusda olan növbətçi sürücü və sərnişinlər daxil olmaqla 16 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları avtobusda səkkiz aylıq körpəsi olan sərnişini yaxınlıqda olan yaşayış məskəninə yerləşdiriblər.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.