Dünya

Gender bərabərsizliyini aradan qaldırmaq üçün bəşəriyyətə 100 il lazımdır

17 Dekabr 2019 08:23
0 Şərh     Baxış: 746
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gender bərabərsizliyini aradan qaldırmaq üçün mövcud tendensiya davam edərsə, bəşəriyyət 99,5 il sonra siyasət, iqtisadiyyat və səhiyyə sahələrindəki bu boşluğun maneələrini adlaya bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Beynəlxalq İqtisadi Forumun (WEF) apardığı tədqiqatda deyilir.

2018-ci illə müqaisədə bu göstərici 108 ildən 99.5 ilə düşüb.

"WEF"in mütəxəssisləri qeyd edirlər ki, disproporsiyanın azalması son üç ildə ilk dəfə baş verib və qadın siyasətçilərinin saylarının artması səbəbindən əmələ gəlib. Ötən illə müqaisədə qadınlar parlament və nazirlik kürsülərində müvafiq olaraq 25.2 və 21.2 faiz yer tutublar.

İslandiya, Norveç, Finlandiya, İsveç və Nikaraqua dünyada gender bərabərliyi sahəsində lider olaraq qalır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory