Dünya

Fransa Yunanıstandan olan qaçqınları qəbul etməyə razılıq verib

16 Dekabr 2019 23:10
0 Şərh     Baxış: 1 070
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa Daxili İşlər Nazirliyi Yunanıstana qaçqın təzyiqini azaltmaq üçün 400 miqrantı qəbul edəcəyini bildirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, BMT-nin məlumatına əsasən, 2019-cu ildə Yunanıstan Avropa məkanında qaçqınları qəbul edən ölkələr arasında birinci yerdə olub. Hazırda ölkə ərazisində 103 min miqrant var.

Avropa İttifaqında Yunanıstanın ağır vəziyyəti və buraya qaçqın axınının davam etməsi ilə bağlı müzakirələrə baxmayaraq, konkret nəticəyə gəlmək mümkün olmayıb. Ölkə ərazisindəki qaçqın düşərgələrində isə tez-tez iğtişaşlar baş verir, yerli əhalinin narazılığı getdikcə artır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.