Dünya

Hələ də hər şey kəşf edilməyib: Qırmızı dənizdə 4 yeni ada tapıldı

14 Dekabr 2019 16:34
0 Şərh     Baxış: 1 212
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Qara dəniz donanmasına məxsus "Donuzlav" hidroqraf gəmisinin ekipajı Qırmızı dənizdə dörd naməlum quru parçasını aşkar edib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə məlumat Rusiyanın Cənub Hərbi Dairəsinin saytında yerləşdirilib.

Adaların kəşfi 99 günlük ekspedisiya çərçivəsində baş tutub. Ekspedisiya zamanı dənizçilər 5,5 min dəniz milindən çox məsafəni qət ediblər, eləcə də Qara, Aralıq və Qırmızı dənizlərdə sahəsi təxminən 7 min kvadrat kilometr olan akvatoriyanı tədqiq ediblər.

Yeni coğrafi obyektləri kəşf etməklə yanaşı, hidroqraflar üç mərcan adasını da tədqiq ediblər. Bundan əvvəlki tədqiqat 1911-ci ildə baş tutub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.