BMT-nin Baş katibi: tibb xidmətləri hər kəs üçün əlçatan olmalıdır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dekabrın 12-də Beynəlxalq Tibb Xidmətləri ilə Ümumi Əhatə Olunma Günü qeyd olunub. Bu münasibətlə BMT-nin Baş katibi Antonio Quterreşin müraciətində qeyd olunub ki, cari ilin sentyabrında dünya liderləri 2030-cu ilədək səhiyyə xidmətlərinin hamı üçün əlçatan olacağını vəd edən siyasi Bəyannaməni təsdiqləyiblər. Onlar ilkin tibbi-sanitar yardım üçün xərclərin ümumi daxili məhsulun 1 faizi həcmində artırılacağını da bəyan ediblər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Antonio Quterreşin müraciətində qeyd olunur: "Bu Beynəlxalq Gündə mən bütün liderləri verilmiş vədlərə əməl etməyə və bu cür xidmətlərin hamını əhatə etməsinə nail olmağa çağırıram". Baş katib əlavə edib ki, bu məsələdə əhalinin daha aztəminatlı təbəqələrinin ehtiyaclarının ödənilməsinə üstünlük verilməlidir. O xatırladıb ki, əhalinin sağlamlığının qorunması varlıların üstünlüyünün təmin edilməsi yox, insan haqlarının tərkib hissəsidir. "Dünya əhalisinin yarısının əvvəlki kimi bu təməl xidmətlərdən məhrum olması və tibb xidmətlərinin baha olması ucbatından hər il 100 milyondan çox insanın ifrat yoxsuluq həddinə çatması ədalətsiz və yolverilməzdir", -deyə müraciətdə vurğulanır.
Dünya Səhiyyə Təşkilatının (DST) Avropa bürosundan bildirilib ki, regionun əksər sakinləri üçün dərmanların alınması və həkim xərclərinin ödənilməsi müşkülə çevrilib. DST-nin Avropa bürosunun üzv ölkələrində hər il səhiyyə xərcləri ucbatından ailələrin 9 faizi yoxsul vəziyyətə düşür.
Qeyd olunur ki, tibb xidmətlərinin hamı üçün əlçatan olması insanlara keyfiyyətli və pulsuz, yaxud daha ucuz tibb xidməti göstərilməsidir. Bunun üçün səmərəli səhiyyə sistemi, ucuz dərmanların və ixtisaslaşmış tibb personalının olması lazımdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qazaxıstanda hərbi təlim faciə ilə nəticələndi: 9 hərbçi öldü
-
Pezeşkianın çıxışı zamanı nümayəndə heyətimizin zalı tərk etməsi yalandır
-
Formula 1 Azərbaycan Qran-Prisində ilk sərbəst yürüş başa çatdı - Yenilənib
-
Hande Erçel Milanda "gəlinlik"də - (Video)
-
Yevlaxdakı qətl işi üzrə 6 qohuma hökm oxundu
-
Xəzərdə hərbi təlim faciə ilə nəticələndi - 9 hərbçi öldü
-
Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçdi
-
Ermənistanda hərbçi partlayış nəticəsində ölüb
-
Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - (Foto)
-
Kimi Antonelli Bakıda sərbəst yürüşü yarımçıq dayandırıb
-
Cem Yılmaz infarktdan sonra özünə yeni iş tapdı
-
Sumqayıtda motosiklet sürücülərinə qarşı əməliyyat - 22 nəfər saxlanıldı
-
Ayın 25-də şimşək çaxacaq, dolu düşəcək - Proqnoz
-
Şirvanda 2 kiloqrama yaxın narkotik aşkarlanıb
-
Bu gün axşamdan hava kəskin dəyişir - Xəbərdarlıq
-
Bakıda 62 yaşlı kişi 4-cü mərtəbədən yıxılaraq öldü
-
Nizamidə 48 kombi oğurlayan 4 nəfər saxlanıldı
-
Onlar 20 il vergi ödəməyəcək - Yeni qayda gəlir
-
Türkiyədə güclü zəlzələ oldu
-
Avro əskinasları dəyişdirilir
-
Sərhəddə İrandan gətirilən 111 kiloqram narkotik aşkarlandı
-
Pakistan Əfqanıstana zərbələr endirdi
-
Qəbələdə narkotik təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı
-
Zelenski üçtərəfli görüşdən danışdı





