Hər il dünyada yetkinlik yaşına çatmamış 12 milyon qız uşağı...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Maddi çətinlik, humanitar böhranlar, əsrlərdən bəri davam edən adət-ənənələr və maariflənmə səviyyəsinin yetərincə olmaması hazırda dünyanın bir çox bölgələrində erkən nikahların sayını artırır. Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, hər il yaşı 18-dən aşağı olan 12 milyon qız uşağı erkən nikaha daxil olur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, erkən nikahların səviyyəsinə görə Cənubi Asiya və Afrika ölkələri öndə getsələr də, bu bəlaya dünyanın inkişaf etmiş ölkələrində də rast gəlinir. BMT-nin Uşaq Fondunun (UNİSEF) məlumatına görə, erkən nikaha təkcə qızlar deyil, eyni zamanda, oğlan uşaqları da məcbur edilir. Sözsüz ki, qızların proporsional şəkildə çoxluq təşkil etdiyi bu siyahıda təşkilat uşaqların nikaha könüllü və ya məcburi şəkildə daxil olması arasında ciddi fərq görmür. Çünki 18 yaşadək nikahın uşaq haqlarına zidd olduğuna görə, təşkilatın açıqlamasında könüllülük əsasında baş tutan erkən nikahlar da problemli hesab olunur.
UNİSEF-in məlumatına görə, hazırda dünyada 650 milyon qız və 115 milyon oğlan uşağı üçün erkən nikah həyatın sərt reallığını təşkil edir. Son on ildə dünyada erkən nikahların sayı 15 faiz azalsa da, bir çox regionların rəsmi statistikadan kənarda qalması qlobal problemin həllini çətinləşdirir. Cəmiyyətdə bu sahədə maarifləndirilmə işinin təşkili yarıtmaz şəkildə davam edərsə, 2050-ci ilədək daha 150 milyon uşağın erkən nikaha cəlb olunması ilə nəticələnə bilər.
Beynəlxalq səviyyədə erkən nikahlar daha çox yoxsul təbəqənin problemi kimi qəbul olunsa da, inkişaf etmiş ölkələr də (ABŞ, Böyük Britaniya və s.) bu problemlə üz-üzədirlər. Sənayenin inkişaf etdiyi ölkələrdə erkən nikahlara daha çox qapalı icmalar, etnik azlıqlar və dini təriqətlər tərkibində rast gəlinir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib - (Video)
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - (Yenilənib)
-
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub - Yenilənib
-
Bakıda dəbdəbəli toy - Kutsi də gəldi - (Video)
-
Ronaldodan gözlənilməz qərar
-
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
Ələddin Əliyev vəfat etdi
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Bəhreyn Qran-prisinin qalibi məlum oldu
-
Qubada avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Zidan Ronaldonu müdafiə etdi





