Dünya

Bal ayında bədbəxt hadisə - Yeni evlənən cütlüyün faciəsi - FOTO

10 Dekabr 2019 12:34
4 Şərh     Baxış: 3 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni Zellandiyada baş verən vulkan püskürməsi nəticəsində xəsarət alanlar arasında bal ayına çıxan amerikalı cütlük də var.

Milli.Az Nyu-York Post-a istinadla xəbər verir ki, Matthew-Lauren Urey cütlüyü ailə qurduqdan sonra dincəlmək üçün Yeni Zellandiyaya yollanıblar. Lakin, baş verən bədbəxt hadisə nəticəsində onların ikisi də ağır bədən xəsarətləri alıblar.

Onlardan birinin bədəninin 80, digərinin isə 20 faiz hissəsi yanıb. 36 yaşlı Matthew helikopterlə xəstəxanaya çatdırılıb. 32 yaşlı Lauren isə Oklend dövlət xəstəxanasına yerləşdirilib.

Matthew hadisə baş verən zaman yaralı vəziyyətdəykən anasına səs göndərib və qəzaya düşdüklərini bildirib.

Qeyd edək ki, Uayt Aylend vulkanının püskürməsi nəticəsində azı 35 nəfər xəsarət alıb, 5 nəfər ölüb.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.