Oxfam: iqlim fəlakətləri nəticəsində 20 milyon nəfər öz ev-eşiyini tərk etməyə məcbur olub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son on il ərzində iqlim fəlakətləri bütün dünyada insanların köç etməsinə səbəb olub və 20 milyon nəfər öz ev ev-eşiyini tərk etmək məcburiyyətində qalıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Madriddə keçirilən BMT-nin İqlim konfransı çərçivəsində təqdim olunmuş Oxfam qeyri-hökumət təşkilatının hesabatında deyilir.
Oxfam xəbərdar edir ki, hazırda siklonlar, daşqınlar və yanğınlar nəticəsində məcburi köç edənlərin sayı münaqişələr nəticəsində ev-eşiyini tərk edənlərdən üç dəfə, zəlzələ və ya vulkan püskürmələri nəticəsində yaşayış yerlərini dəyişən sakinlərdən isə yeddi dəfə artıqdır.
Qeyri-hökumət təşkilatının 2008-2918-ci illər ərzində apardığı təhlillər nəticəsində təqdim etdiyi məlumata görə, İspaniya əhalisinin iqlim dəyişikliyi səbəbindən köç etməyə ən az məcbur olacağı ölkələr arasında Çexiya və Yunanıstandan sonra üçüncü yerdədir.
Oxfam öz hesabatında xüsusi olaraq qeyd edir ki, bu sahədə ən çox zərər görən də ən az karbon qazı tullantısı mənbəyi olan yoxsul ölkələrin vətəndaşlarıdır. Təşkilatın qənaətinə görə, iqlim böhranının dünyada təsiri qeyri-bərabərdir və ABŞ kimi varlı dövlətlərə nisbətən Hindistan, Nigeriya, Boliviya kimi əhalisi azgəlirli olan ölkələrdə böyük ehtimalla təbii fəlakətlər nəticəsində daha çox insan miqrasiyaya məcbur olacaq.
Hesabatda qeyd olunur ki, 2008-2018-ci illərdə Kuba, Dominikan Respublikası və Tuvalu sakinlərinin 5 faizi iqlim şəraiti ucbatından hər il köç etməyə məcbur olublar ki, bu da Madridin əhalisinin təxminən yarısına bərabərdir. O da diqqətə çatdırılır ki, həmin ölkələrdə atmosferə tullantıların həcmi yüksəkgəlirli dövlətlərdə olduğundan üç dəfə azdır.
Oxfam International təşkilatının icraçı direktoru Xose Mariya Vera bununla bağlı deyib ki, ən yoxsul ölkələrdə yaşayan ən kasıb insanlar iqlim fəlakətlərinə daha çox məruz qalırlar. Onun sözlərinə görə, hökumətlər Madrid sammitinə daha çox diqqət yetirməlidirlər. Onlar tullantıların həcminin azaldılması üzrə öhdəliklər götürməli, təbii fəlakətlərdən sonra yoxsul icmalara bərpa olunmaq üçün köməklik göstərilməsinin yeni mexanizmini yaratmalıdırlar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Trabzonspor”un yeni baş məşqçisi bəlli oldu
-
Saxlanılan Çağla İstanbuldan Vana gətirildi - (Video)
-
Monqolustan prezidenti 100 kiloqramlıq ştanqı 20 dəfə qaldırdı – (Video)
-
Türkiyədə qəbiristanlığın içində bina tikib satırlar - (Video)
-
Gürcüstan DTX-nın yeni rəhbəri seçildi - (Yenilənib)
-
"Həmin dövrdə təhdidlər alırdıq" - “Kurtlar Vadisi”nin ssenaristi
XƏBƏR LENTİ
-
Azərbaycanda şəxsiyyət vəsiqəsində ana adı da yazılacaq?
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
57 yaşlı Ceylodan cazibədar Fotolar
-
Bakı Dəmiryol Vağzalında 11 yeni turniket quraşdırıldı
-
İkinci sertifikasiya kimlərə şamil olunacaq?
-
“Trabzonspor”un yeni baş məşqçisi bəlli oldu
-
Əşrəf Dahruc vəfat etdi
-
Məktəblərdə dərs saatları dəyişdirilə bilər
-
Saxlanılan Çağla İstanbuldan Vana gətirildi - (Video)
-
Müəllimlərin geyim qaydaları dəyişir? - Nazirlikdən açıqlama
-
90 min şəxsin maaşı artacaq - Nazir açıqladı
-
Monqolustan prezidenti 100 kiloqramlıq ştanqı 20 dəfə qaldırdı – (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Bakıda skuter avtomobillə toqquşdu - (Anbaan video)
-
Türkiyədə qəbiristanlığın içində bina tikib satırlar - (Video)
-
Hakan Fidan Azərbaycana gəlir
-
Azərbaycanın vizasız gedə biləcəyi ölkələr - Siyahı
-
Lamin Yamal Messi ilə bağlı 13 illik rekordu təkrarladı
-
180 min nəfəri sevindirən qərar - Nazirlikdən açıqlama
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
-
İrem Derici hamilədir? – Özü cavabladı - (Foto)
-
Gürcüstan DTX-nın yeni rəhbəri seçildi - (Yenilənib)
-
Xaçmaz rayonunda arıçılıq və bal emalı sahəsinin inkişafı diqqət mərkəzindədir - (Foto)
-
Tıxaclar bitərsə, evlərin qiyməti necə dəyişəcək?





