Dünya

ABŞ-dan Suriya açıqlaması - Məsuliyyəti Əsəd daşıyır

1 Dekabr 2019 12:39
1 Şərh     Baxış: 819
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriya Konstitusiya Komitəsi prosesinin axsamasına görə Bəşər Əsəd rejimi məsuliyyət daşıyır.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu bəyanatla ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortakus çıxış edib.

"ABŞ BMT-nin baş katibi Atonio Quttereşlə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Qeir Pedersenin Suriya Konstitusiya Komitəsinin fəaliyyətini sürətləndirmə yolundakı səylərini dəstəkləyir. Əsəd rejimindən gələn ön şərtlər komitənin prosedur qaydalarını açıq şəkildə pozur və Astana Qrupu və Suriyanın "Kiçik qrupu" tərəfindən dəstəklənən işləri təxirə salmağa yönəlikdir", - deyə Ortakus bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.