Milyarder-oliqarx “kosmik” malikanəsini 150 milyon dollara satışa çıxardı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyalı oliqarx-milyarder Vyaçeslav Doronin Moskva ətrafındakı Barvixada (orada həm də prezident Putinin iqamətgahı yerləşir) "kosmik" üslubda tikdirdiyi malikanəni satışa çıxarıb.
Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, mlyarder həmin malikanəni Bakıdakı Heydər Əliyev Mərkəzinin memarı, dünya şöhrətli arxitektor Zaha Hadidin (hazırda o dünyadadır) layihəsi əsasında tikdirmişdi. Bu, Zaha Hadidin layihələndirdiyi yeganə özəl yaşayış obyektidir.
Doronin bu malikanəni qaradərili britaniyalı top-model və aktrisa Naomi Kempbell üçün toy hədiyyəsi kimi tikdirmişdi. Lakin qaradərili "gözəlçə" hələ rəsmi nigahdan əvvəl rusiyalı oliqarxla ayrılıb və nəticədə Doroninə onunla "kosmik" malikanədə yaşamaq qismət olmayıb.
Malikanə dörd mərtəbəlidir, 20 metrlik hovuzu, spa-kompleksi, idman zalı, yapon bağı, gecə klubu və s. var.
Vyaçeslav Doroninin 57 yaşı var, Leninqradda anadan olub, "Kapital Qrup" şirkətinin sahibidir, "Moskva-Siti" layihəsinin ortaqlarından biri olub. Onun sərvətinin həcmi bəzi məlumatlara görə 6 milyard dollara yaxındır. Doronin 21 illik arvadı Yekatrina ilə 2009-cu ildə boşanıb. Onların boşanma prosesi sərvətin bölüşdürülməsi mübahisəsinə görə uzun müddət davam edib. Nəhayət milyarder keçmiş arvadına 10 milyon dollar verərək "başından eləyib".
Doronin afrika-yamayka mənşəli britaniyalı top-model və aktrisa Naomi Kempbellə 2008-ci ildə Kann festivalında tanış olub və ona vurulub. 2009-cu ilin avqustunda onların toyu olmalı idi, lakin Doronin arvadı ilə boşanma mübahisəsini bitirə bilmədiyi üçün toy təxirə düşüb. 2012-ci ildə isə onlar ayrılıblar.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Məşq etmədən əzələ artırmaq mümkün olacaq - Yeni texnologiya
-
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
-
Bağçaya kül səpin: Möcüzə yaradır
-
Xərçəng xəstələrinin sayı 67% artacaq
-
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu agentliyin əməkdaşı imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
"Tasnim": ABŞ İranın neft tankerinə raket hücumu edib
-
Günün qoroskopu: Sağlamlığınıza xüsusi diqqət yetirin
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqun və Ucalın (Fotosu)
-
"Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib - (Video)





