Dünya

İran nüvə sazişini diplomatik yolla xilas edəcəyinə ümid edir

9 Noyabr 2019 22:28
0 Şərh     Baxış: 656
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tehran İrannın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planını (BHFP) diplomatik yollarla qorumaq və xilas etmək niyyətindədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə İran Xarici İşlər Nazirinin müavini Abbas Araqçı nüvə silahının yayılmaması üzrə 4-cü Moskva konfransı çərçivəsində deyib.

A.Araqçı bildirib: "İran bu müqavilənin 36-cı bəndi əsasında BHFP qarşısında öhdəliklərini azaltmağa başlayıb və öz hüququndan istifadə edir. Məqsəd müqaviləni qorumaqdır, öldürmək deyil. Buna görə də diplomatik işləri davam etdirmək üçün növbəti mərhələyə qədər kifayət qədər vaxt - iki ay - veririk. Bu, bizim mövqeyimizdir, diplomatik işləri davam etdiririk ".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.