Ötən gün İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin xanımı, bacısı, yeznəsi və digər ailə üzvlərinin saxlanıldığını açıqlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan səfəri öncəsində yeni məlumatları bölüşüb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ərdoğan Ankaranın Esenboğa hava limanında jurnalistlərə açıqlamasında bildirib ki, Bağdadinin xanımı 1-1,5 ildir ki, Türkiyənin əlində olub.
"Bağdadinin yaxın ətrafı daha çox ölkəmizi hədəf almışdı. Sonuncu dəfə Suriyanın Hələb əyalətindəki Azaz şəhəri yaxınlığında bacısının əri və uşağı tutulmuşdu. Həyat yoldaşı da 1-1,5 il idi ki, əlimizdə idi. Onun yanında uşağı da olub. Bu, DNT analizi ilə öz təsdiqini tapıb", - Ərdoğan bildirib.
Xatırladaq ki, Əbu Bəkr əl-Bağdadi 27 oktyabrda Suriyada keçirilmiş əməliyyat zamanı öldürülüb.
Milli.Az
 PUL
PUL 
                
                             
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        .jpg) 
                        




 
        
                 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində.
 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin.
 Bizi "Telegram"da izləyin. Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
 Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
.png) 
                     
                     
                     
                    .jpg) 
                     
                     
                     
                     
                     
                     
                     
                    .jpg) 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .jpg) 
                     
                     
                     
                     
                     
                     
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        .png) 
                         
                         
                         
                         
                         
                        