Siyamək Mirzayi 3 aylıq sürgündən sonra məzuniyyətə çıxıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Güneyli siyasi məhbus Siyamək Mirzayi 3 aylıq sürgündən sonra həyat yoldaşı ilə birlikdə məzuniyyətə çıxıb.
İranın şərq bölgəsində yerləşən Cənubi Xorasan vilayətindəki Qain şəhərində bir illik sürgün cəzasını çəkən fəal oktyabrın 29-da həyat yoldaşı Vəhidə Kərimi ilə birlikdə Ərdəbilə gedib.
Daha öncə dəfələrlə həbs edilən Siyamək Mirzayi iyulun 28-də 3 il həbsdən sonra Tehranın Evin həbsxanasından məcburi sürgün həyatı keçirmək üçün İranın şərqi bölgələrində yerləşən Xorasan vilayətinin Qain şəhərinə göndərilib.
Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, bundan əvvəl 2011-ci ildə 5 il həbs cəzasına məhkum edilən Mirzayi ilkin məhkəmədə "ölkənin təhlükəsizliyinə xələl gətirmək hədəfi ilə qrup təşkil etmək" ittihamı ilə suçlanaraq, 10 il həbs və 1 il məcburi sürgün cəzasına məhkum edilsə də, bu hökm apellyasiya məhkəməsində 3 il həbs və bir il sürgünə endirilmişdi.
Siyamək Mirzayi iyulun 1-də ona qarşı yeni ittihamlara və vəsiqə qarışılığında azadlığına mane törədildiyi üçün aclıq aksiyasına başlayıb, 17 gün aclıqdan sonra Evin həbsxanasının 6-cı şöbəsinin prokurorluq müstəntiqi tərəfindən yeni ittihamlar üzrə qərar qəbul etdiyini bildirməsinin ardınca aclıq aksiyasına son vermişdi.
2016-cı il iyulun 13-də türk fəal Muğanın Parsabad şəhərində məhkəmə qərarı göstərilmədən tutulub, Tehranın Evin həbsxanasına köçürülmüşdü.
İran Azərbaycanının Muğan bölgəsində anadan olan 39 yaşlı Siyamək Mirzayi 2010-cu ildə siyasi fəaliyyətlərindən dolayı magistr dərəcəsində təhsil almaq üçün imtahan verib qəbul olsa da, onun təhsilinə qadağa qoyublar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə qanunsuz mərc əməliyyatı: 45 nəfər saxlanıldı
-
"Quran"ı təhqir edən komediyaçı azadlığa buraxıldı
-
Pakistanda azərbaycanlı qadına qarşı qrup şəklində cinsi zorakılıq
-
Ermənistanda benzinin qiyməti rekord həddə çatdı
-
Xamenei Ərəb dənizi ilə bağlı xəbərdarlıq etdi - “Yaxın günlərdə...”
-
Hindistanda daşqınlar 81 nəfərin həyatına son qoydu
XƏBƏR LENTİ
-
Ağdaşda 11 kənddə qaz kəsiləcək
-
Kolleclərə boş qalan yerlər üzrə qəbulun nəticələri elan edildi
-
Əvəz Zeynallının dəfn yeri açıqlandı - (Yenilənib)
-
Türkiyədə qanunsuz mərc əməliyyatı: 45 nəfər saxlanıldı
-
Aqrar sahədə hansı texnikalara güzəşt ediləcək?
-
Gələn il maaşlar artacaq?
-
İlkin Həsənidən bloqer xanımına bahalı hədiyyə - (Video)
-
Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil olunub - (Foto)
-
Yamal yaşadığı ağır günləri danışdı: "Atam dəmir yığırdı"
-
"Quran"ı təhqir edən komediyaçı azadlığa buraxıldı
-
U-17 qızlarımızın ilk sınağı ağır məğlubiyyətlə başa çatdı
-
Bakı-Naxçıvan-Bakı aviareysi təxirə salındı
-
Azər Aydəmir özünə yeni iş tapdı
-
Azərbaycan İnvestisiya Holdinqinin siyahısında dəyişiklik edilib
-
Pakistanda azərbaycanlı qadına qarşı qrup şəklində cinsi zorakılıq
-
Azərbaycanda hava ilə bağlı daha bir xəbərdarlıq
-
Cenifer Lopezin Milanda "balkon görüntüsü" müzakirə yaratdı - (Video)
-
Ermənistanda benzinin qiyməti rekord həddə çatdı
-
Xamenei Ərəb dənizi ilə bağlı xəbərdarlıq etdi - “Yaxın günlərdə...”
-
Hindistanda daşqınlar 81 nəfərin həyatına son qoydu
-
Pünhan Piriyevin toyundakı rəqsləri gündəm oldu - (Video)
-
Binəqədidə ana və oğul ölü tapıldı - (Yenilənib)
-
Aİ Rüstəm Minnixanova qarşı sanksiya tədbiq etdi
-
Seymur Cəfərov vəfat etdi





