Dünya

Fransa və Almaniya silah ixracı üzərində nəzarət haqqında saziş imzalayıblar

17 Oktyabr 2019 12:25
0 Şərh     Baxış: 1 431
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa və Almaniya silah ixracı üzərində nəzarət haqqında saziş imzalayıblar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə iki ölkənin Tuluza şəhərində keçirilən hökumətlərarası müşavirəsinin yekunları üzrə Fransa liderinin administrasiyasının yaydığı bəyanatda deyilir.

Bəyanatda bildirilir: "Fransa və Almaniya birgə layihələr üçün silah ixracı üzərində nəzarət haqqında hüquqi cəhətdən məcburedici saziş imzalayıblar və gələcəyin tankı və döyüş təyyarəsinin gələcəkdə birgə layihələşdirilməsi üçün ciddi maneəni aradan qaldırıblar. Silah ixracı barədə saziş Fransa və Almaniya arasında qarşılıqlı etimadı möhkəmləndirir və birgə layihələrin uğur qazanmasının şərtidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.