Dünya

Bakının mərkəzində qan töküldü: "X5""Daewoo"ya yol vermədi, dava düşdü

19 Sentyabr 2019 09:24
6 Şərh     Baxış: 4 871

Nəsimi rayonunda kütləvi dava baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə metronun "Memar Əcəmi" stansiyası yaxınlığında baş verib.

Bayramov Tural Fərhad oğlu idarə etdiyi "BMW X5" markalı avtomobillə hərəkətdə olarkən qarşıdakı "Daewoo Centra" markalı avtomobilə yol verməyib.

Bu zaman sürücülər arasında mübahisə yaranıb. Nəticədə kütləvi dava baş verib.

Dava zamanı "Daewoo"nun sürücüsü 17 yaşlı Məmmədov Vəli Saleh oğlu və avtomobildə olan bir neçə nəfər bıçaqla T.Bayramova və "BMW"dəki sərnişinlərə hücum edib.

Hadisə zamanı yaralanan T.Bayramov dərhal xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı Nəsimi Rayon Polis İdarəsində araşdırılır.

Milli.Az

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Raul · 19 Sentyabr 10:0360

    Biz nə vaxt böyüyəcəyik görəsən?

    Cavab yaz
  • Anonim
    Aki 2 · 19 Sentyabr 10:1800

    Raulaaa hecc vaxt

    Cavab yaz
  • Anonim
    Allah agil versin · 19 Sentyabr 10:5670

    17 yashda demeli hech suruculuk vesigesi yoxdu..

    Cavab yaz
  • Anonim
    Fu · 19 Sentyabr 12:0040

    Bicaq gencliyi.Ele bil hami seher duranda evden bicaqla cixir.

    Cavab yaz
  • Anonim
    Oxucu · 19 Sentyabr 13:0510

    benzinli at oynadan sürücülərimizin 17 yaşı varsa, günah kimdədir bilmirəm, valideyndə, uşaqda, azad maşın bazarında, yoxsa qanunlarımızda?

    Cavab yaz
  • Anonim
    Efsane · 21 Sentyabr 00:4800

    Bu Cavan usaqlar niye davaya meyl edirler

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.