Dünya

Talibanın “qubernator"ları məhv edildi

15 Sentyabr 2019 17:55
0 Şərh     Baxış: 360

Əfqanıstan ordusu Taliban terror qruplaşmasının 35 üzvünü məhv edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, ölkənin Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.

Keçirilən əməliyyat nəticəsində ordu qüvvələri Talibanın 10 gündür əlində saxladığı Fərəh əyalətindəki Anar-Dara bölgəsini azad edib.

Bildirilib ki, əməliyyat zamanı Anar-Daranın "kölgə qubernatoru" hesab edilən Səid Əzim öldürülüb.

Nazirlik bu gün Tvitter vasitəsilə yaydığı məlumatda Samanqan əyalətinin Dara-i-Suf qəzasının "kölgə qubernarotu" Məvlavi Nuruddinin də məhv edildiyini bildirib.

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.