Dünya

Arvadını yataq otağında öldürdü, sonra qohumlarına zəng edib xəbər verdi - FOTO

11 Sentyabr 2019 14:29
1 Şərh     Baxış: 3 888

Türkiyənin Bursa şəhərinin İnegöl qəsəbəsində 2 azyaşlı qızını otaqda kilidlədikdən sonra arvadı Hatice Ereni (32) tapançayla başından vuraraq öldürən Cihan Erenin (36) cinayət işi yekunlaşıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, 2 il əvvəl Cihan Eren səhər saat 7 radələrində ailə münaqişəsi zəmnində həyat yoldaşı Hatice Eren ilə mübahisə edib. Gurultu səsinə oyanan qızlarını qonaq otağına salaraq qapını bağlayan Cihan üzərindəki tapança ilə yataq otağında həyat yoldaşı Hatice Erenin başına atəş açaraq öldürüb. Qətl sonrası mobil telefonu ilə eyni məhəllədə yaşayan qohumlarına xəbər verən Cihan Eren könüllü olaraq polisə təslim olub.

Bu gün baş tutan prosesdə Cihan Erenin ömürlük azadlıqdan məhrum edilməsi barədə qərar çıxarılıb.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Mmm · 11 Sentyabr 15:0500

    Bashdan xarab

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.