Şou-biznes

"Azərbaycanda ən təbii qız mənəm"

6 İyul 2025 20:24
Baxış: 1 201
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktrisa Pərvin Abıyeva kökəlməsindən şikayət edib.

Milli.Az axşam.az-a istinadla xəbər verir ki, sənətçi bu haqda instaqramda canlı yayımda deyib. O bildirib ki, kökəlib 57 kiloqram olub:

"Kökəlmişəm. Hamı da elə bilir ora-buramı yekəltmişəm. Məndən bunu heç vaxt görməyəcəksiniz. 57 kiloqram olmuşam. Arıqlamaq istəyirəm, amma olmur. Yaş artdıqca arıqlamaq olmur. Bir ara kökəlməyə çalışdım. Özümü öyrəşdirdiyimi kökəlməyə, bədən oturdu. Mənə görə bu çoxdur. Bu, mənim çəkim deyil".

Üzündə plastik əməliyyat etdirməsi haqda suala isə Pərvin əsəbiləşib:

"Bu dəqiqə Azərbaycanda ən təbii qız mənəm. Qızlar 18 yaşı tamam olan kimi qaçıb burun kəsdirir, dodaq doldurur, dişlərini vinir edirlər. 35 yaşım olacaq, təbiyəm. Nə qaş qaldırmışam, nə üz doldurmuşam. Gözü, qaşı qaldırmaqdan qorxmuşam. Mimika itir.

Heç saçıma keratin etməmişəm. Dodaqlarım da təbiidir. Məndə gel qalmır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.