İdman

Ronaldu Jotanın dəfnində niyə iştirak etməyib?

6 İyul 2025 23:24
Baxış: 826
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyasını dəyişən portuqaliyalı futbolçu Dioqo Jotanın dəfn mərasimi dünən keçirilib.

Milli.Az xəbər verir ki, bu mərasimdə gözlər mərhumun həmyerlisi Kriştiano Ronaldunu axtarıb. Lakin portuqaliyalı ulduz mərasimdə iştirak etməyib.

O, varlığının vidaya kölgə sala biləcəyindən qorxub deyə dəfnetməyə gəlməyib.

Bu barədə "Mirror" nəşri məlumat yayıb.

Qeyd edək ki, Kriştiano Ronaldu və Dioqo Jota Portuqaliya yığmasında birlikdə oynayıb.

Dünən keçirilən dəfnetmədə "Liverpul"un sabiq və hazırki futbolçuları, Portuqaliya milli komandasının bir çox üzvü iştirak edib.  (Offsideplus.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.