Rusiya Prezidenti Vladimir Putin ölkəsinin ABŞ ilə tarixi münasibətləri barədə diqqətçəkən açıqlama verib. O, Rusiya ilə ABŞ arasında uzun illər boyu unikal və yaxşı münasibətlərin olduğunu bildirib.
Milli.Az xəbər verir ki, Putin bu barədə son çıxışında danışıb. "Bizim ABŞ ilə həmişə çox yaxşı və unikal münasibətlərimiz olub. Biz onların Böyük Britaniyadan müstəqillik əldə etmək istəklərini dəstəklədik. Sonra Vətəndaş müharibəsi zamanı dəstəklədik. Faktiki olaraq silah verdik, maddi yardım göstərdik", - deyə Putin qeyd edib.
Tarixçilər bu fikirlərin müəyyən qədər həqiqətə uyğun olduğunu təsdiqləyirlər. Belə ki, 18-ci əsrdə Rusiya imperiyası ABŞ-nin müstəqillik mübarizəsində dolayı yolla dəstək verib. Eyni zamanda, 1861-1865-ci illər ABŞ Vətəndaş müharibəsi dövründə Rusiya Çarlığı öz hərbi gəmilərini ABŞ limanlarına göndərmişdi.
Putinin bu açıqlaması ABŞ-Rusiya münasibətlərinin gələcək perspektivlərinə dair müzakirələri yenidən gündəmə gətirib.
Milli.Az