Rusiya

Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi "iflic oldu"

6 İyul 2025 15:37
Baxış: 880
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası məlumat yayıb.

Bildirilib ki, günün ikinci yarısına planlaşdırılan 52 reysdən 30-u ləğv edilib, 9-u isə gecikib.

Qeyd edək ki, dünəndən etibarən PUA hücumu ilə əlaqədar Moskvanın Şeremetyevo, Peterburqun Pulkovo hava limanlarında uçuşlar məhdudlaşdırılıb. Təkcə dünən Şeremetyevo hava limanında 174 reys təxirə salınıb. Onminlərlə sərnişin hava limanlarında qalıb.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.