Türkiyə

Şir zooparkdan qaçdı, kişini yaraladı - FOTO

6 İyul 2025 18:35
Baxış: 1 170
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Manavgat bölgəsində yerləşən "Land of Lions" adlı zooparkdan qaçan şir yerli sakinə hücum edib. Hadisə ötən gün səhər saatlarında qeydə alınıb.

Milli.Az xəbər verir ki, zooparkdan qaçan "Zeus" adlı kişi şir açıq havada dincələn 53 yaşlı kənd sakini Süleyman Kirə hücum edib. Şirin hücumu nəticəsində kişi baş və çiyin nahiyəsindən xəsarət alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb və vəziyyətinin sabit olduğu bildirilir.

Hadisə yerinə cəlb olunan təhlükəsizlik qüvvələri və dron dəstələri bir neçə saatlıq axtarışdan sonra şiri tapıb. Şir təhlükə yaratdığı üçün yerindəcə güllələnərək zərərsizləşdirilib.

Hazırda hadisənin necə baş verdiyi araşdırılır. Zoopark rəhbərliyi şirin qəfəsdən necə çıxdığı ilə bağlı hələlik açıqlama verməyib. Təhlükəsizlik tədbirlərinin zəifliyi ilə bağlı suallar isə gündəmə gəlib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.