Dünya

Yaponiyanı "Faksay" qasırğası vuracaq

8 Sentyabr 2019 17:44
0 Şərh     Baxış: 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Güclü "Faksay" qasırğasının Yaponiyanın mərkəz və şərq rayonlarına yaxınlaşması ilə əlaqədar 23 daxili aviareys ləğv edilib

Milli.Az bildirir ki, APA-nın NHK telekanalına istinadən verdiyi məlumata görə, paytaxt Tokio və Osaka şəhərləri arasında 50-yə qədər sürət qatarının hərəkəti də təxirə salınıb.

Qasırğa hazırda Xatidzyo adasından 140 km cənub-qərbdədir və saatda 30 km sürətlə şimal-qərb istiqamətdə hərəkət edir.

Qasırğanın mərkəzində küləyin sürəti saniyədə 60 metrə, dənizdə dalğanın hündürlüyü 10 metrə çatır

"Faksay" qasırğasının Tokionu bazar ertəsi axşam vuracağı gözlənilir. Paytaxtın yerləşdiyi Kanto rayonunda 300 millimetrə qədər yağıntının düşməsi, küləyin sürətinin saniyədə 40 metrə çatması proqnozlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.