Nikol Paşinyan terrorçularla ittifaq qurdu - Ermənistan mətbuatı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Sasna Tsrer" terror partiyasının lideri Jirayr Səfilyan Ermənistan mediasına baş nazir Nikol Paşinyanla danışıqların nəticələri barədə məlumat verib.
Milli.Az Virtualaz.org-a istinadən xatırladır ki, sentyabrın 5-də factor.am erməni saytında J.Səfilyanla müsahibə dərc edilmişdi. Baş nazir Nikol Paşinyan elə həmin gün-sentyabrın 5-də terrorçu lider J. Səfilyanı və partiyasının Siyasi Şurasının üzvü Garegin Çugasyzyanı qəbul etdi.
"Köhnə rejimdən miras qalan problemlərdən danışdıq. Əsas odur ki, gördüyümüz təhdidlərdən xəbərdarıq və bu barədə xəbərdarlıq edəcəyik. Ümid edirik ki, bu istiqamətdə ünsiyyət daha sıx olacaq ... Hamımız sabiqlərin qisas almağa necə hazırlaşdıqlarını görürük. Biz bu qisasa imkan verməyəcək qüvvəyik. Qalan təfərrüatlar barədə gələcəkdə açıqlama verəcəyik",-deyə Səfilyan qeyd edib.
Xatırladaq ki, "Sasna Tsrer" silahlı dəstəsi 17 iyul 2016-cı ildə Yerevanın patrul xidməti alayının binasını ələ keçirdi, girovlar götürdü və prezident Serj Sarkisyanın istefasını tələb etdi.
Hücumdan iki həftə sonra bütün yaraqlılar hakimiyyət orqanlarına təslim oldular. Lakin N. Paşinyan hakimiyyətə gələndən sonra alayın ələ keçirilməsində iştirak edən bütün terrorçular həbsxanalardan azad edildilər.
Silahlı qrup "Sasna Tsrer" isə siyasi partiya kimi qeydiyyata alındı.
Aparıcı erməni analitiklərinin fikrincə, siyasi vəziyyətin gərginləşməsi və N. Paşinyanla "Qarabağ qrupu"adlanan dəstə arasında dərinləşən qarşıdurma hakimiyyəti şəxsən baş nazirə sadiq silahlı dəstələr yaratmağa məcbur edir.
Və Səfilyanın açıqlaması erməni cəmiyyətinin müxalif hissəsinə N. Paşinyanın hakimiyyətini qorumaq üçün ən ekstremal üsullara əl atacağı barədə bir xəbərdarlıqdır...
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gündə 10 min addım qaydası süqut etdi
-
“Cadu"nu görün harada gizlətdilər – (Video)
-
Toyda bəyin sevinci diqqət çəkdi - (Video)
-
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)





