Dünya

17 yaşlı oğlan öz sevgilisini güllələdi - Təfərrüat

1 Sentyabr 2019 18:13
0 Şərh     Baxış: 7 238
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Dənizli şəhərində cinayət hadisəsi baş verib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, 15 yaşlı Zeynəb Atagül, sevgilisinin doğum günündə sevgilisi tərəfindən tüfənglə qətlə yetirilib.

Cinayətdən dərhal sonra nəzarətə götürülən 17 yaşlı U.K, tüfəngin təsadüfən açıldığını bildirib.

Qətliamdan sonra hadisə yerinə səhiyyə və polis işçiləri cəlb edilib.

Həkimlər Atagülün elə hadisə yerindəcə həyatını itirdiyini söyləyiblər.

Qeyd edək ki, artıq Türkiyə Jandarma Qüvvələri hadisənin qətl və ya təsadüfən olub olmadığı barədə araşdırmalara başlayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.